Accessibility links

Gürcüstan separatçı Acariyaya qarşı iqtisadi blokadanı aradan qaldırdı - 2004-03-19


Bir həftədir sürən qarşıdurma Gürcüstan rəsmilərinin bu addımı ilə sona çatdı. Batumi limanı, Acariyanın bankları və sərhəd nəzarət postları yenidən işə başladı. Gərginlik keçən həftə Gürcüstan prezidenti Mixail Saakaşvilinin vilayətə daxil olmasının qarşısı alınarkən yaranmışdı. Slvakiya paytaxtı Bratislavada çıxış edən prezident Saakaşvili hadisələrlə bağlı açıqlama verdi. “Mən bazar günü oraya getdəndə silahlı şəxslərdən ibarət bir qrup martın 20-i seçkilərə qədər Gürcüstan prezidentinə əraziyə daxil olmağa icazə verilmədiyini bildirdi. Bu, böhran idi.” Mixail Saakaşvili Acariyaya yerli koruupsionerlərin müxalifət nümayəndələrinin seçki kampaniyasına mane olmağa başladıqdan sonra getdiyini bəyan etdi. Onun dediyinə görə, yerli liderlərin tərəfdarları müxalifət fəallarını həbs etmiş, müxalifət qəzetlərini bağlamış və seçki kampaniyasını keçirmək üçün Acariyaya səfərdə olan Gürcüstanın maliyyə nazirini həbs etmişdilər. Prezident Saakaşvili Rusiya hökumətinə Gürcüstanda gərginliyin aradan qaldırılmasında köməyinə görə təşəkkürünü bildirmişdir. Böhranın həlli istiqamətində əsas dönüş cümə axşamı prezident Saakaşvili və Acariya lideri Aslan Abaşidze arasında danışqlardan sonra yarandı. Danışıqlar zamanı Acariya rəsmilərinin həftə sonu parlament seçkilərinə müdaxilə etməyəcəyi barədə razılıq əldə edilmişdir.

XS
SM
MD
LG