Ağ Evin keçmiş müşaviri Riçard Klark Buş administrasiyasının 2001-ci il sentyabrın 11-i terror hücumlarından əvvəl Əl-Qaidə tərəfindən gələn təhükəyə əhəmiyyət vermədiyini deyib. Terrorizm məsələləri üzrə müşavir olmuş cənab Klark CBS teleşirkətinə müsahibəsində deyib ki, prezidet Buş hakimiyyətə gəldiyi ilk gündən onun özü və yardımçıları diqqəti əsas etibarilə İraqın keçmiş lideri Səddam Hüseynə verirdilər. Onun bildirdiyinə görə, bununla da Buşun komandası Əl-Qaidənin böyük hücum planlaşdırdığına dair kəşfiyyat məlumatlarına əhəmiyyət verilməmişdir. Milli Təhlükəsizlik şurasının üzvü Stefen Hadli Riçard Klarkın ittihamları ilə razılışmayaraq bildirib ki, sentyabr hücumlarından çox əvvəl cənab Buş ABŞ-a qarşı hücum həyata keçirilə biləcəyindən narahat olub kəşfiyyat agentliklərinə bunun mümkünlüyünü təhqiq etmək haqda göstəriş vermişdir.