Accessibility links

Pakistan İslamçı yaraqlılara qarşı əməliyyat aparır - 2004-03-21


Pakistan qoşunları ölkənin Əfqanıstanla sərhədində yerləşən Şimali-Qərb regionunda İslamçı yaraqliları təqib etməkdə davam edirlər. Cənubi Vəziristan əyalətində əsgərlər evlərdə və hasarlanmış iqamətgahlarda axtarışlar aparırlar. Pakistan qoşunlarının xarici yaraqlılarlı və onların daxili tərəfdarlarını küncə sıxışdırdığı Vana şəhərində ara-bir atışmalar davam edir. Belə görünür ki, əməliyyatın əvvəlində cərəyan edən qızğın doyüşlər səngiyib. Pakistanlı general deyir ki, yaraqlılar əvvəl məlumat verildiyi kimi əl-Qaida terror şəbəkəsinin ali üzvünü yox, güman ki, Çeçen və ya Özbək milliyətli liderlərini müdafiə edirlər.

XS
SM
MD
LG