Accessibility links

Ağ Ev Klarkın iddialarını yalan adlandırıb - 2004-03-22


Buş administrasiyası 2001-ci il sentyabrın 11-i terror aksiyalarından əvvəl Əl-Qaidənin hədə-qorxularına əhəmiyyət vermədiyi və hətta hücumlardan sonra belə İraqa qarşı hərbi əməliyyatlara daha artıq maraq göstərdiyinə dair ittihamları rədd edib. Prezident Buşun terrorizmlə mübarizə məsələləri üzrə keçmiş müşaviri Riçard Klark yeni kitabında bildirib ki, prezident Buş Amerikanın terror hücumlarından müdafiəsində çox pis işləyib. Ağ Ev cənab Kalrkın müddəalarını “ağ yalan” adlandırıb. Milli təhlükəszlik məsələləri üzrə müşavir Kondalisa Rays Əl-Qaidənin məhvi əməliyyatının hələ hücumlardan əvvəl planlaşdırıldığını deyib.

XS
SM
MD
LG