Accessibility links

Liviya ilə münasibətlər normallaşır - 2004-03-23


Birləşmiş Ştatların nümayəndəsi Vilyams Börns Tripolidədir. Bu, Liviya ilə münasibətlərin yaxşılaşdırılmasına işarə hesab edilir. Vilyam Börnsün Tripoli səfəri son 30 il ərzində ABŞ-ın yüksək səlahiyyətli diplomatının ilk Liviya səfəridir. Eyni zamanda Britaniyanın Tripolidəki rəsmi nümayəndələri həftə sonu Britaniyanın baş naziri Toni Bleyerin Liviyaya səfər edəcəyini təsdiq ediblər. Cənab Bleyer müasir tariximizdə Liviyaya səfər edən ilk Britaniya nümayəndəsi olacaq.Səfərlər ötən dekabr ayı kütləvi qırğın silahları proqramını dayandıracağını elan edən Liviya ilə münasibətlərin yaxınlaşmasının nəticəsidir.Liviya lideri Məhəmməd Qəzzafinin oğlu Saif Qəzzafi “Əl-Vətən” qəzetinə bildirib ki, görüşlərin gündəliyində Britaniya-Liviya hərbi əməkdaşlığı və Liviyaya qarşı iqtisadi sanksiyaların qaldırılması kimi məsələlər yer alacaq.

XS
SM
MD
LG