Accessibility links

Amerika rəsmiləri xüsusi komissiya qarşısında ifadə verirlər - 2004-03-24


Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Tenet bu gün sentyabrın 11-i terror aksiyalarına mane olunması ilə bağlı istintaq aparan xüsusi komissiya qarşısında ifadə verib. Cənab Tenetin bildirdiyinə görə Amerikanın kəşfiyyat mənbələri aksiyalardan əvvəl çoxsaylı hücum planları və onların bəzilərinin artıq son mərhələdə olduğuna dair məlumatlar əldə etmişdi. O, Buş administarasiyasının Əl-Qaidə liderinin Amerikaya qarşı hücum hazırladığında hələ 2001-ci ilin avqust ayında xəbərdar edildiyini demişdir. Lakin Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Tenet məlumatların çox az təfərrüata malik olduğunu bildirmişdir.

XS
SM
MD
LG