Accessibility links

Avropa Birliyi Kiprə dair hər  bir razılığı dəstəkləməyə hazırdır - 2004-03-26


Brüsseldə Avropa Birliyinin sammitinin iştirakçıları Kiprin bölünməsinə son qoyacaq hər bir razılığı dəstəkləyəcəklərinə söz veriblər. Quruma üzv dövlətlərin liderləri birləşmiş Kipri Avropa Birliyinin üzvü kimi görmək istədiklərini bildliriblər. Onlar bütün tərəfləri bu çətin danışıqların müvəffəqiyyətlə başa çatmasına inanmağa çağırıblar. Kipr danışıqları Yunanıstan və Türkiyənin xarici işlər nazirlərinin Brüsseldən İsveçrəyə qayıtması ilə yenidən başlanır. Kiprin yunan və türk icmalarının nümayəndələri federal hökumət tərkibində hər iki tərəfə geniş muxtariyyyət verilməsini nəzərdə tutan BMT planını müzakirə edirlər.

XS
SM
MD
LG