Accessibility links

Londonda 8 adam həbs edilib - 2004-03-30


Britaniya polisi 8 nəfərin həbs edildiyi və böyük həcmdə bomba materialı müsadirə etdiyini bildirib. Londonun anti-terror polsinin zabiti Piter Klark Londonun 24 bölgəsində 700 polis nəfərinin iştirakı ilə reyd keçirildiyini deyib. O, həbs edilənlərin hamısının britaniyalı olduğunu bildirib. Cənab Klark əməliyyatın Madriddəki qatar partlayışı və İrlandiyanın Respublikaçı Ordusu ilə heç bir əlaqəsi olmadığını bəyan edib.

XS
SM
MD
LG