Təhlükəsizlik səbəblərinə görə Bağdadda gələn həftə keçirilməsi nəzərdə tutulan İraq ticarət sərgisi təxirə salınıb. Sərginin təşkilatçılarının bildirdiyinə görə, bu qərar ABŞ rəsmilərinin xəbərdarlığından sonra verilib. Sərgidə 200-dən çox beynəlxalq şirkətin iştirakı gözlənilirdi. Bu arada, Birləşmiş Ştatların İraqdakı administratoru Pol Bremer Fəllucədə koalisiya qüvvələrində çalışan Amerikanın mülki şəxslərinin qətlinə görə məsuliyyət daşıyanların ədalət məhkəməsi qarşısına çıxarılacağına söz verib. Cənab Bremer hücumların İraqda sabitlik və demokratiyanın bərqərar olması səylərinə maneə olmayacağını bəyan edib.