Accessibility links

Çin  Hong Konqun əsas qanununu müzakirə edir - 2004-04-02


Çinin Milli Xalq Konqresinin daimi komitəsi gələn bir neçə gün ərzində Honq Konq vətəndaşlarının liderləri və qanunvericilərini hansı yolla seçəcəkləri məsələsini müzakirə edəcəklər. Honq Konqun əsas qanunu hələ 1997-ci ildə Britaniyanın ərazini Çinin nəzarətinə verdiyi vaxt Çin və Britanıyanın rəsmi nümayəndələri tərəfindən tərtib edilmişdi. Bu, Honk Konqa azad təsisatlar və qanunvericilik sistemini yaratmasına və nəhayət ölkə vətəndaşlarının səsvermə hüququ ilə təmininə imkan demək idi. Bir dövlət-iki sistem razılığına əsasən Çin Honk Konqun azı 50 il muxtariyyətinə hörmət göstərməlidir. Lakin ötən ay Çinin Honk Konqun əsas qanununu və seçki şərtlərini nəzərdən keçirəcəyini elan etməsi böyük şok yaratmışdı. Honk Konqun demokrat fəalları qanunun yenidən yazılacağı və Honk Konqun demokratiyasının məhdudlaşdırılacağından ehtiyat edirlər.

XS
SM
MD
LG