Accessibility links

Pakistanda 9 adam həbs edilib - 2004-04-06


Pakistanda 2002-ci il Kəraçi şəhərindəki iki terror aksiyasında əli olduğundan şübhələnilən 9 şəxs nəzarət altına alınıb. Qeyri-qanuni Hərkət- ül-Mücaheddin Əl-Aləmi qrupunun üzvləri şəhərdə keçirilən reyd zamanı həbs edilmişlər. Polisin bildirdiyinə görə onlar 24 adamın ölümü ilə nəticələnən Amerika konsulluğu və Şeraton mehmanxanasına edilən hücumların məsuliyyətini daşıyırlar. Eyni zamanda, Pakistan xarici döyüşçülərin Əl-Qaidə və Taleban üzvlərinin gizləndiyi təxmin edilən qərbi tayfa ərazilərini tərk etmələrinə iki həftə möhlət verib.

XS
SM
MD
LG