Accessibility links

Senator Kerri prezident Buşa qarşı tənqidləri intensivləşdirib - 2004-04-07


Birləşmiş Ştatlar prezidentliyinə demokrat partiyasından rəsmən namizəd olacağı gözlənilən Con Kerri prezident Buşun İraqla bağlı fəaliyyətlərini yenidən kəskin tənqid atəşinə tutub. Senator Kerri bəyan edib ki, İraqda hakimiyyətin iraqlıların özünə keçməsi üçün qoyulmuş son möhlət, 30-u iyun tarixi düşünülməmişdir və noyabr seçkilərindən əvvəl siyasi məqəsədlərlə müəyyən olmuşdur. Milli İctimia radioya verdiyi mühüsahibədə cənab Kerri habelə ABŞ rəsmilərinin radikal şiə müsəlman lider Möqtəda əl-Sədri həbs etmək cəhdlərinin mənası olmadığını bildirmişdir. Prezident Buşun seçki kampaniyasının nümayəndəsi cənab Kerrini terrorizmə qarşı müharibə mövzunu siyasi oyuna çevirməkdə ittiham etmişdir.

XS
SM
MD
LG