Accessibility links

ABŞ hərbi dəniz qüvvələri Fəllücədə müvəqqəti olaraq hücumları  dayandırıb - 2004-04-09


Birləşmiş Ştatların İraqdakı mülki administratoru Pol Bremer ABŞ hərbi dəniz qüvvələrinin əsgərlərinin partizanlarla beş gündür döyüşlər apardığı Fəllücədə birtərəfli atəşkəs elan edib. Pol Bremer İraqın idarəetmə şurası ilə partizanaların liderləri arasında danışıqların getdiyi müddətdə müvəqqəti olaraq hücum əməliyyatlarının dayandırıldığını deyib. Bir il bundan əvvəl süquta uğrayan Bağdadda isə xaricilərin yaşadığı mehmanxana yaxınlığında partlayış baş verib. Xəsarət alanlara haqda məlumat verilməyib. Bu arada, İraqın mərkəzi və cənubunda ABŞ və koalisiya qüvvələri radikal şiə lider Möqtəda əl-Sədrin başçılıq etdiyi üsyançılara qarşı əməliyyatları davam etdirirlər.

XS
SM
MD
LG