Accessibility links

Vitse-prezident Dik Çeyni Asiya ölkələrinə səfərə başlayır - 2004-04-09


Vitse-prezident Dik Çeyni bu gün Çin, Cənubi Koreya və Yaponiyaya uzunmüddətli səfərə çıxır. Səfəri zamanı vitse-prezidentin həmin ölkələrin liderlərinə İraqda zorakılıqların artmasının ABŞ-ın Bağdadda demokratik hökumət yaratmaq səylərinə mane olmayacağını deyəcəyi gözlənilir. Cənubi Koreya və Yaponiya ABŞ-ın başçılıq etdiyi koalisiyanın üzvüdür, Çin koalisiyaya qoşulmamışdır. Həm Cənubi Koreya, həm Yaponiya İraqın bərpası səylərini dayandırmaq planları olmadığını bəyan ediblər. Cənab Çeyninin ofisinin vediyi məlumata görə, vitse-prezident səfəri zamanı Şimali Koreyanın nüvə proqramını da müzakirə etməlidir.

XS
SM
MD
LG