Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Raysın sentyabrın 11-i hadisələrini araşdıran müstəqil komissiya qarşısında and içərək ifadə verməsi Birləşmiş Ştatlar ictimaiyyətinin diqqət mərkəzində qalmağa davam edir. Xanım Rays çıxışında dedi ki, 2001-ci il sentyabrın 11-də baş vermiş terror hücumlarının hansısa bir mözucə ilə, ya da sadə bir yolla qarşısının alınması mümkün deyildi. Kondoliza Rays Buş administrasiyasının hadisələrdən əvvəl terrorizmi prioritet hesab etməməklə bağlı iddialardan sonra Konqresin müstəqil komissiyası qarşısında ifadə verirdi. Xanım Rays Birləşmiş Ştatların hücumlardan əvvəl terror təhklükəsini görə bilmədiyini deyərək sentyabrın 11-i hadisələrinin ölkəni müharibə yolun qoyduğunu bəyan etdi. “20 ildən artıq müddət ərzində terror təhlükəsi artırdı və Amerikanın buna bütün administrasiyalar dövründə cavabı təsirsiz idi. Tarixən, demokratik cəmiyyətlərdə, artan təhlükəyə yavaş sürətlə reksiya verilir, burada onunla artıq hesablaşmamaq mümkün olmayan vaxta qədər, ya da artıq vaxtın əldən verildiyi bir həddə qədər gözləmək tendensiyası mövcuddur. Kondoliza Raysın uzun zamandır dostu və həmkarı Kron Skinner Stanford universitetinin Huver institutunda çalışır. Onun fikrincə, Birləşmiş Ştatlar əsas diqqəti terror təhlükəsinə sentyabrın 11-i hücumları baş verəndən sonra verməyə başlamışdır. “Hücumlardan əvvəlki dövr vaxtın əsas hissəsini biz hələ də soyuq müharibə ilə məşğul idik və trans-milli təhlükəyə cavab vermək üçün hissə-hissə plan qurmağa başlamışdıq. Sentyabrın 11-i kimi daxili şok bütün bu hissələrə bir forma verdi və buna görə də heç bir şey edilməyib söyləmək əslində, Birləşmiş Ştatların on illər ərzində beynəlxalq sistemdə rolunu başa düşməmək deməkdir.” Komissiya üzvləri Kondoliza Raysa 2001-ci il avqustun 6-da prezident Buşa təqdim olunmuş Əl-Qaidənin Amerikanın daxilində mümkün hücumu haqda məlumatın olduğu məxfi sənədlə bağlı suallar verdilər. Xanım Rays həmin sənəddə konkret təhlükə haqda məlumat olduğunu inkar etdi. O dedi ki, sentyabrın 11-dən əvvəl təqdim olunmuş kəşfiyyat məlumatları qeyri-müəyyən xarakter daşıyırdı və burada əsas etibarilə Amerikanın dövlət maraqlarını xarici ölkələrdə təmsil edən müəssisələrindən söhbət gedirdi. P-J Krouli prezident Bil Klintonun milli təhklükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi olmuşdur. Onun sözlərinə görə, avqustun 6-ı prezidentə təqim olunmuş sənəd diqqət mərkəzində olacaq. “Fikrimsə, əsas diqqət avqustun 6-da prezidentlə kəşfiyyat məlumatları haqda müzakirələrə veriləcək. Komissiya üzvlərindən biri, əslində, prezidentə göndərilmiş sənədlərdən birinin adını açmaqla onun məxfiliyini pozmuş oldu. Sənədin adı “Bin Laden Birləşmiş Ştatların daxilində hücum həyata keçirmək qərarına gəlib” idi. Müəyyən mə’nada, bu, doktor Raysın təhlükənin mövcud olduğu ilə bağlı informasiyalarda əsas diqqətin xarici ölkələrdə hücumların mümkünlüyünə verildiyinə dair dediklərilə ziddiyyət təşkil edir.” Kondoliza Rays əks-terror məsələləri üzrə keçmiş müşavir Riçard Klarkın and içərək komissiya qarşısında verdiyi ifadələri müzakirə obyekti etdi. Riçard Klark Buş administrasiyasının sentyarbın 11-dən əvvəl Əl-Qaidə təhkükəsini nəzərə almayaraq, əsas diqqəti İraqa verdiyini iddia edirdi. Sentyabrın 11-i hücumlarının qarşısını almaq üçün nə etmək lazım idi sualının cavabında xanım Rays dedi ki, sentyabrın 11-i hadisələri Birləşmiş Ştatların kəşfiyyat agentliyində, Federal Təhqiqat Bürosu və Mərkəzi Kəşfiyyat Agentliyi arasında əlaqələrin yaxşılaşdırılması da daxil olmaqla, əsas struktur islahatlarının keçirilməsinin zəruriliyini göstərdi.