Ağ Ev Amerika daxilində Əl-Qaidə təhlükəsi ilə bağlı 2001-ci ilin avqust ayı prezidentə təqdim edilən sənədi açılayıb. Sənəd sentyabrın 11-i terror aksiyalarını araşdıran xüsusi komissiyanın tələbi ilə buraxılıb. “Bin Laden Birləşmiş Ştatlara hücum etmək niyyətindəndir” adlı bir səhifə yarımlıq sənəd prezidentə hücumlardan bir ay əvvəl təqdim edilmişdi. Ağ Evin rəsmilərinin bildirdiyinə görə sənəd prezident Buşun “həqiqətən də Əl-Qaidə Amerikaya hücum edə bilərmi” sualına cavab mahiyyyəti daşıyırdı. O vaxt Federal Təhqiqat Bürosu tərəfindən Əl-Qaidənin Nyu York binalarında apardığı kəşfiyyat da daxil edilməklə, təyyarə qaçırılması kimi şübhəli planlar açıqlanmışdı. Burada 2001-ci ilin may ayı Amerikanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinə edilən zəng də yer alırdı. Telefonla Bin Ladenin tərəfdarlarının Amerikada partlayışlar həyata keçirəcəkləri deyilmişdi. 2001-ci ilin avqust ayında verilən bu izahata əsaslanan Ağ Evin bəyanatında deyilir ki, sənəddə sentyabrın 11-i hadisələri ilə əlaqədar heç bir məlumat yox idi.