İraqda girov götürülən 3 Yaponiya vətəndaşının taleyi bəlli deyil. Xəbərlərdə onların bu gün azda ediləcəyi bildirilirdi. Vəd verilən saatda onlardan xəbər almadıqdan sonra girov götürülən şəxslərin ailə üzvlərinin narahatlıları artmışdır. Yaponiyanın rəsmi nümayəndələri bu 3 nəfərin sağ azad edilməsi səylərini davam etdirdiklərini deyirlər. Onlar həmçinin, Əl- Cəzirə tele-kanalının verilişlərini yaxından izləyir, girovdarların onları öldürəcəkləri ilə bağlı məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu müəyyən etməyə çalışırlar. Girovların bu gün azad ediləcəyi xəbərini də Əl-Cəzirə yaymışdı. Bütün bunlarla yanaşı, Bağdad yaxınlığında Amerika vətəndaşı olduğu deyilən bir şəxs girov götürülmüşdür.