Accessibility links

Əfqanıstanda döyüşlər gedir - 2004-04-11


BMT-nin Əfqanıstandakı nümayəndələri ölkənin şimal bölgəsindəki zorakılıqlardan narahatlıqlarını ifadə edirlər. Təşkilatın üzvü general Əbdül Rəşid Dostumun tərəfdarları ilə Ətta Məhəmmədin döyüşçüləri arasında dünən Məzari-Şərif şəhərində qızğın döyüşlər getdiyini bildirib. General Dostumun qüvvələrinin bildirdiyinə görə bir döyüşçü öldürülüb. Şimal Fəryab bölgəsində dünən keçirilən nümayişlər zamanı yol verilən qarşıdurma vaxtı 4 adamın yaralandığı xəbər verilir. Qeyd edək ki, general Dostum keçən həftə bu vilayətin nəzarətini əlinə almış, lakin mərkəzi hökumət qüvvələrinin müdaxiləsindən sonra geri çəkilməli olmuşdu.

XS
SM
MD
LG