Bu gün yerli vaxtla axşam saat 20:30-da prezident Buş rəsmi mətbuat konfransı keçirir. Av Evin sözçüsü Skot Maklelanın bildirdiyinə görə prezident Buş ı bu axşam Amerika xalqını İraqda hadisələrin cərəyanı və gələcək planları ilə tanış edəcək. İraqda bir çox iraqlı və koalisiya əsgərlərinin ölümünə yol açan zorakılıqların artmasının səbəbləri prezidentə veriləcək əsas suallardan olacaq. Prezident Buşun bundan əlavə, sentyabrın 11-i terror aksiyalarını araşdıran müstəqil komissiya ilə bağlı suallarla da üzləşəcəyi gözlənilir. Xatırladaq ki, şənbə günü Ağ Ev komissiyanın tələbi ilə gizli sənəd açıqlamışdı. Əl-Qaidənin Amerikadakı əməliyyatları ilə bağlı həmin sənəd prezidentə hücumlardan beş həftə əvvəl təqdim edilmişdi. Mətbuat konfransında yer alacaq digər məsələ Yaxın Şərdə sülh prosesi olmalıdır. Dünən prezident İsrailin işğal edilmiş əraziləri tərk etməsini dəstəklədiyini, lakin bunun Fələstin dövlətinin yaradılması ilə mütənasib şəkildə həyata keçirilməli olduğunu demişdir. Prezident Buş sabah İsrailin baş naziri Ariyel Şaronla görüşməlidir.