Accessibility links

İraqda 40-a yaxın xarici girovdadır - 2004-04-13


İraqda qiyamçılar 12 ölkədən 40-a yaxın girov saxlayırlar. Bu barədə İraqda Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya rəsmiləri bildiriblər. Lakin ABŞ rəsmisi Dan Senor bildirir ki, koalisiya girovları azad etmək üçün onları girov götürənlərlə danışıqlar aparmayacaq. Bundan bir neçə saat qabaq isə dörd İtaliya vətəndaşını girov alan qiyamçılar İtaliya qoşunlarının İraqdan çıxarılmasını tələb ediblər. İtaliya vətəndaşlarının girov alınması xəbərini təsdiq etmişdir. Bu arada isə Bağdadda bazar ertəsi girov düşən Rusiya şirkətinin səkkiz əməkdaşı azad edilib. Bazar günü azad edilmələri gözlənilən 3 Yaponiya vətəndaşı barədə isə xəbər yoxdur.

,

XS
SM
MD
LG