BMT nümayəndəsi Laxtar Brahimi uyun ayının 30-dək İraqda hökumətin təşkil ediləcəyindən ümidvar olduğunu deyib. Bu gün Bağdadda çıxış edən cənab Brahimi deyib ki, Milli Məclisin iyul ayının əvvəllərindən etibarən seçkilərə hazırlıq işlərinə başlayacağından əmindir. O, 2005-ci ilin yanvar ayının axırınadək seçki qanunvericiliyinin təşkilinə çağırıb. Laxtar Brahimi bunu müharibədən sonrakı İraqın təməl daşı adlandırıb. BMT nümayəndəsi seçkilərin vaxtında keçirilməsi üçün təhlükəszliyin təmin edilməsinin vacbilyini vurğulayıb.