Əfqanıstandakı beynəlxalq sülhməramlı qüvvələr xarici döyüşçülərdən ibarət Hezbe İslami hərbi qruplaşmanın komandirini ələ keçiriblər. Beynəxlaq təhlükəszlik qüvvələrinin Kabildəki nümayəndəsi həmin şəxsin adını açıqlamaqdan imtina edib. Lakin həmin şəxsin şəhər əhalisi, BMT, xarici yardım işçiləri və NATO-nun sülhməramlı qüvvələrinə birbaşa təhlükə olduğunu deyib. 5 nəfərlə birgə həmin şəxs dünən təhlükəszlik qüvvələri tərəfindən aparılan əməliyyatlar zamanı nəzarət altına alınıblar.