Accessibility links

D.Çeyninin Asiya səfəri başa çatdı - 2004-04-16


ABŞ-ın vitse-prezidenti Dik Çeyni Asiya səfərinin son dayanacağı-Cənubi Koreyadan Birləşmiş Ştatalara yola düşmüşdür. Vitse-pezident Cənubi Koreya prezidentinin vəzifəsini icra edən Goh Kunla görüşüb, Cənubi Koreyanın İraqa goşun yerləşdiriməsi və Şimali Koreyada nüvə məsələlərini müzakirə etmişdir. Son ay vəzifəsindən uzaglaşdırılmış və vəzifəsinə gayıdmaq imkanı barədə məhkəmənin gərarını gözləyən prezident Ronu əvəz edən cənab Gonun nümayəndəsinin bildirdiyinə görə vitse-prezident Çeyni goşunların İraqa planlaşdırıldığı kimi yaxın gələcəkdə yerləşdiriləcəyində əmin edilib. Yaxın günlərdə Cənubi Koreyanın üç min əsgərdən ibarət hərbi qüvvəsi yenidəngurma prosessini dəstəkləmək məqsədi ilə İraqa yerləşdirilməlidir. Beləliklə, koalisiya goşunları arasında ABŞ və Britaniyadan sonra əsgərlərinin sayına görə Cənubi Koreya üçünçü yerdə olacag.

XS
SM
MD
LG