Accessibility links

Ispan polisi terror aktı ilə bağlı daha 3 nəfəri həbs edib - 2004-04-16


İspaniya hökuməti 11 Martda Madriddə 191 insanın ölümü ilə nəticələnən terror hadisəsində şübhəli bulunan 3 yeni şəxsi həbsə almışdır. İspan polisi Cümə Axşamı Madriddə bir Səudi, bir Misirli və bir Mərakeşlini həbs etmişdir. Müstəntiqlər gələn həftə istintaq aparan hakim qarşısında duracaq həmin adamları hazırda sorğu-sual edirlər. Bu gün erkən hakim əvvəllər terror hadisəsi ilə bağlı şübhələnilən 6 Mərakeşlini azad edib. Məhkəmə rəsmiləri bəyan ediblər ki, bu addım həmin adamların terror hücumu ilə heç bir əlaqəsinin olmadığı aşkarlandıqdan sonra atılmışdır.

XS
SM
MD
LG