Accessibility links

Hamas lideri Rantisinin dəfninə on minlərlə fələstinli qoşulub  - 2004-04-18


Bu gün Qəzza şəhərində on minlərlə fələstinli İsrail tərəfindən qətlə yetirilən Hamas qrupunun lideri Əbdül Əziz Rantisinin dəfn mərasimində iştirak edib. Dünən İsrail döyüş helikopterinin raket hücumu nəticəsində cənab Əbdül Əziz Rantisi ağır yaralanmış və onun iki cangüdəni həlak olmuşdu. O aldığı yaradan vəfat etmişdi. Hamasın liderləri öz növbələrində İsraildən cənab Rantisinin qısasını alacaqlarına and içiblər. Qüdsdəki müxbirimiz Ross Dunn verdiyi xəbərə görə, İsrail Baş Naziri Ariyel Şaron kabinetinin yığıncağını açarkən cənab Rantisinin qətli əməliyyatının müvəffəqliyyətli keçdiyinə görə, İsrail ordusuna təşəkkürünü bildirmişdir. Baş nazir Şaron deyib ki, hökumətin sülh prossesini davam etdirməsi və terrorçu liderlərinin öldürülməsi siyasəti paralel şəkildə davam etdiriləcək. O, hazırda Likud partiyasının rolu barədə gələn ay keçiriləcək ümummilli referenduma qədər Qəzza zolağından və İordan çayının qərb sahilinin bəzi bölgələrindən hərbi qüvvələrinin çıxarılması planına himayə tapmağa çalışır. Fələstin Muxtar idarəsinin Baş naziri Əhməd Qureya deyir ki, İsrailin cənab Rantisini və Həmasın digər liderlərinin öldürülməsi siyasəti daha çox adamın qətlinə səbəb ola bilər. Hamas qrupu ABŞ Dövlət Departamentinin siyahısında terrorçu qrupların sırasındadır. Qrup İsraildə həyata keçirilən və yüzlərlə adamın ölümünə səbəb olan bir sıra intihar və digər hücumların məsuliyyətini öz üzərinə götürüb. İsrail Hamas qrupunun ruhani lideri Şeyx Əhməd Yasini öldürdükdən sonra, cənab Rantisi Hamasin lideri seçilmişdi. Qrup cənab Rantisinin sələfini seçib, lakin təhlükəsizliyi nəzərə alaraq onun adını açıqlamayıb.

XS
SM
MD
LG