Accessibility links

Roma Papası İraqdakı vəziyyətdən narahatdır - 2004-04-18


Roma Katolik Kilsəsinin rəhbəri bu gün İraqda insan oğrularına müraciət edərək onları götürülmüş bütün girovları azad etməyə və ümumiyyətlə Yaxın Şərqdə zorakılığa son qoyulmasına çağırmışdır. Müqəddəs Piter meydanına baxan mənzilinin pəncərəsindən etdiyi həftəlik çıxışında Roma Papası İohann Paul deyib ki, o, Yaxın Şərqdən və İraqdan gələn xəbərləri böyük kədərlə izləyir. O, deyib ki, müqəddəs torpağda baş verən qan-qada dayanmalıdır, çünki bu, Allahın iradəsinin əleyhinədir. Roma papası İraq qiyamçılarına birbaşa müraciət edərək onlardan insani hisslər nümayiş etdirməyi və girovları ailələrinə qaytarmağı xahiş etmişdir.

XS
SM
MD
LG