Accessibility links

BMT-nin ali nümayəndəsi Əfqanıstana səfər edib - 2004-04-18


BMT-nin qaçqınlar üzrə Ali Komissari Ruud Lubbers bu il bir milyona yaxın Əfqan qaçqınının vətəninə qayıdacağına ümid bəslədiyini bildirib. O, Kabildə müxbirlərə deyib ki, 3 milyon yarım Əfqan qaçqını vətəninə qayıtdığı təqdirdə, Kabil və onun ətraf bölgələri daxil olmaqla Əfqanıstanın digər məntəqələrində təhlükəsizliyi təmin etmək üçün NATO-nun başçılıq etdiyi beynəlxalq sülhməramlı qüvvələrin sayı artırılmalıdır. Cənab Lubbers üç günlük səfərlə Əfqanıstandadır. O, baş verən zorakılıqları nəzərə alaraq, əyalətlərə edəcəyi səfərlərini ləğv edib. Bu arada Kabildə keçirilən iqtisadi konfransda 10 ölkənin nümayəndə heyəti iştirak edib. Bu, Kabildə 20 ildən bəri keçirilən ilk konfransdır.

XS
SM
MD
LG