Accessibility links

Pakistanda terrorçuların axtarışı davam etdirilir - 2004-04-19


Pakistanın yüzlərlə qəbilə əsgəri Əfqanıstanla sərhəd bölgələrdə terrorçu olduqlarından şübhələnilənlərin axtarışnı davam etdirir. Sabah hökumətin qəbilə başçılarına terrorçuların ələ keçirilməsi, əks təqdirdə hərbi əməliyyatlarla üzləşəcəkləri ilə bağlı möhləti başa çatır. Əl-Qaidə qrupu ilə əlaqəsi olanların axtarış əməlyyatı cənubi yarı-muxtar Vəziristan vilayətində həyata keçirilir. 2 min əsgərdən ibarət özəl “Ləşkər” adlı qüvvələrin əməliyyatı dünəndən etibarən başlayıb. İndiyədək qüvvələr tərəfindən qəbilə liderlərinin təslim olma əmrindən sonra iki ev dağıdılıb. Pakistanın sərhəd qəbilə bölgələrindən yerləşdirilən on minlərlə Pakistan qüvvələrinə son günlər daha artıq əsgər qoşulmuşdur. Beləliklə Əl-Qaidə üzvləri və Taleban qalıqlarının ələ keçiriləcəyi ümidləri artmaqdadır. Bütün bunlarla yanaşı Pakistan Amerikanın Əfqanıstandakı səfiri Zalmi Xəlilzadın İslamabadın Əl-Qaidə və Taleban ünsürlərinin məhvi üçün lazımi səy göstərmədiyi ilə bağlı ittihamları rədd edib.

XS
SM
MD
LG