İspaniyanın yeni xarici işlər naziri Migel Moratinos dünən Vaşinqtonda Amerika rəsmiləri ilə görüşüb. Birləşmiş Ştatların dövlət katibi Kolin Pouel və Milli Təhlükəsizlik Məsələləri üzrə müşavir Kondaliza Raysla görüşü zamanı xarici işlər naziri İspan qoşunlarının İraqdan çıxarılması məsələsini müzakirə edib. Amerikaya yola düşməzdən əvvəl İrlandiyada cənab Moratinos İspaniya və Amerikanın yaxın müttəfiq olduqları və terrorizmlə birgə mübarizə apardıqlarını demişdi.