Accessibility links

İsrail ordusu tərəfindən 7 fələstinli qətlə yetirilib - 2004-04-21


İsrailin silahlı qüvvələri Qəzza bölgəsinin şimalında bir neçə gün ərzində ikinci dəfə keçirdikləri reyd zamanı 7 nəfər fələstinlini qətlə yetiriblər. Beit Lahiya yaşayış məntəqəsində İsrail əsgərləri ilə qarşıdurma zamanı 40 fələstinlinin də yaralandığı xəbər verilir. İsrail şəhərlərinə və yahudi məntəqələrinə səyyah qurğulardan atəş açan döyüşçüləri axtaran İsrail ordusu tanklar və hərbi helikopterlərin köməyi ilə bu gün şəhərə daxil olmuşlar. Dünən də Beyt Lahiya şəhərində aparılan reyd zamanı İsrail əsgərləri 5 nəfər fələstinlini qətlə yetimişlər.

XS
SM
MD
LG