Birləşmiş Ştatlar ordusunun general-leytenantı Ceyms Konvey Fəllücədə yaraqlıların bir neçə gün ərzində silahlarını təhvil vermədiyi halda, Amerika hərbi qüvvələrinin yenidən hücumlara başlayacaqları haqda xəbərdarlıq edib. Generalın bildirdiyinə görə, İraq yaraqlıları bazar ertəsi əldə olunmuş razılığın şərtlərinə əsasən, yalnız kiçik sayda lazımsız silahı təhvil veiblər. Rəsmi şəkildə atəşkəs elan olunmasına baxmayaraq, ABŞ hərbi dəniz qüvvələrinin əsgələri və yaraqlılar arasında yenə də döyüşlər baş verib. Dörd yaraqlının qətlə yetirildiyi deyilir.