Accessibility links

Türkiyə Kanada parlamentinin erməni soyqırımı haqda qətnaməsini qınayıb - 2004-04-22


Türkiyə rəsmiləri Kanada qanunvericilərinin Birinci Dünya müharibəsi dövründə bir milyona yaxın erməninin ölümünün soyqırım kimi tanınması qərarı ilə bağlı narahatlıqlarını idafə etmək üçün Ankarada Kanadanın səfirini xarici işlər naziriliyinə dəvət ediblər. Kanadalı diplomatların verdiyi məlumata görə, səfir Maykl Leir məsələni nazirliyin rəsmilərilə müzakirə edib. Bundan əvvəl Türkiyə Kanada parlamentinin qətnaməsini qınayaraq, onun bir qrup adamın mənafeyinə xidmət etdiyini bildirib və iki ölkə arasında münasibətlərə mənfi təsir göstərə biləcəyini haqda xəbərdarlıq edib. Kanada qanunvericiləri 153 səs lehinə, 68 səs əleyhinə olmaqla soyqırım haqda qətnaməni çərşənbə günü təsdiq etmişlər.

XS
SM
MD
LG