BMT Şimali Koreyanın dünən baş vermiş partlayışın nəticələrini aradan qaldırmaq üçün rəsmi olaraq beynəxalq yardım istədiyini bəyan edib. Britaniyanın Şimali Koreyadakı səfirinin bildirdyinə görə, rəsmi nümayəndələr hadisə nəticəsində yüzlərlər adamın öldüyü, minlərlə adamın yaralandığın haqda məlumat veriblər. Qırmızı Xaç cəmiyyətinin mətbuat katibi bildirib ki, partlayış nəticəsində səkkiz minə yaxın ev dağılıb. İlkin məlumatlara görə, partlayışa alışan materiallar daşıyan iki qatarın toqquşması səbəb olmuşdur. Lakin sonrakı məlumatlarda qatarlardan birinin dinamit daşıdığı bildirilmişdi. Hadisə ilə bağlı dərhal heç bir bəyanatla çıxış etməyən Şimali Koreya rəsmiləri indi hadisənin dinamit daşıyan qatarın elektrik xəttinə dəyməsi nəticəsində baş verdiyini bəyan edirlər.