Accessibility links

Moqtada əl-Sədr koalisiyanı kamikazelərlə hədələyir - 2004-04-23


Radikal Şiə ruhanisi Moqtada əl-Sədr koalisiya qüvvələrinin İraqın muqəddəs Şiə səhərlərində hərbi əməliyyata başlayacaqları təqdirdə bu qüvvələrə qarşı kamikazelərdən istifadə edəcəyini bəyan etmişdir. O, bu xəbərdarlığı özünün koalisiya qüvvələrindən gizləndiyi Nəcəf şəhərinin yaxınlğındakı Kufədə Cümə ibadəti zamanı etmişdir. Bu gün erkən Nəcəfdən şimalda yerləşən Kərbəlada Şiə yaraqlıları və koalisiya qüvvələri arasında baş verən toqquşmada 1 Bolqar əsgəri öldürülmüş və 5 mülki vətəndaş yaralanmşdır. Başqa xəbərlərdə isə koalisiya rəhbərliyinin Bəs partiyasının bəzi keçmiş üzvlərinə müəllim və təhlükəsizlik qüvvələrinin işçiləri kimi çalışmağa icazə verdiyi bildirilir.

XS
SM
MD
LG