Accessibility links

İraqda zorakılıqlar davam edir - 2004-04-24


Bu gün bir avtobusun partlaması nəticəsində 14 nəfər iraqlının qətlə yetirildiyi bildirilir. Birləşmiş Ştatlar hərbi rəsmisinin məlumatına görə Bağdadın ətrafındakı Sədr şəhərindəki ticarət mərkəzinə atılan raketin partlaması nəticəsində azı 6 nəfər qətlə yetirilib. Bağdadın şimalında yerləşən Taci şəhərindəki hərbi bazaya atılan iki raketin partlaması nəticəsində 5 nəfər Birləşmiş Ştatlar əsgərinin, Kərbəla və Tikrit şəhərləində isə 9 nəfərin öldürüldüyü bildirilir. Bütün bunlara baxmayaraq Birləşmiş Ştatlar keçən aya nisbətən hücumların sayının azaldığını deyib.

XS
SM
MD
LG