Şimali Koreyada dəmiryol qəzası baş verən sahəyə yetişən beynəlxalq yardım işçiləri bu ərazıdə dəhşətli dağıntının baş verdiyini bildirirlər. Şimali Koreyanın rəsmi şəxsləri Çinlə sərhəd şəhər Rençon dəmiryol stansiyasında baş vermiş partlayışda 154 nəfərin öldüyünü, 1300-dən çoxunun isə yaralandığını etiraf etmişdir. Həlak olanlardan 76 nəfər yaxınlıqdakı məktəbin şagirdləri olub. Şimali Koreya hökumətinin bəyanatında deyilir ki, partlayış nitrat kübrə ilə dolu qatarın təsadüfən elektrik xəttinə dəyməsi nəticəsində baş verib. Şimali Koreya baş vermiş həmin qəzanın nəticələrinin ləğvi üçün beynəlxalq birlikdən kömək istəyib.