Accessibility links

İsrail Yasir Ərafata toxunmaq barədə konkret qərara gəlməyib - 2004-04-25


İsrailin kabinet rəsmilərinin dediyinə görə hələ ki, Fələstin Prezidenti Yasir Ərafatın öldürülməsi və ya sürgün edilməsi haqda qərar qəbul edilməyib. Bu gün etdikləri çıxışlarda Baş Nazir müavini Ehud Olmert və başqa iki nazir Baş Nazir Ariel Şaronun hədəsini ümumi xəbərdarlıq kimi təsvir etmişlər. Cənab Olmert təbirincə, bu gün, sabah və ya bu həftə heç nə baş verməyəcək. Bu bəyanatlar cənab Şaronun cənab Ərafata toxunmayacağı haqda verdiyi vədə bağlı olmadığı haqda fikrinə münasibətdə baş vermiş tənqid fırtınasının ardınca verilir. Cənab Şaronun bəyanatını kəskin tənqid edənlər arasında Birləşmiş Ştatlar Dövlət Katibi Kolin Pauell də var. Şənbə günü cənab Ərafat ölümdən qorxmadığını söyləyib.

XS
SM
MD
LG