Accessibility links

Bolqarıstan prezidenti hücuma məruz qalıb - 2004-04-26


Kərbəla şəhəri yaxınlığında naməlum silahlı şəxslər tərəfindən Bolqarısdan prezidenti Georgi Parvanovu müşayiət edən maşın karvanı atəşə tutulub. Hadisə zamanı xəsarət alan olmayıb. Georgi Parvanov İraqda xidmət göstərən bolqar əsgərlərilə görüşmək üçün dünən İraqa səfər etmişdi. Bolqarıstan əsgərləri Kərbəla şəhəri yaxınlığında xidmət göstərirlər. Bolqarıstan rəsmiləri bildirirlər ki, prezidentin təhlükəsizlik qüvvəsi naməlum silahlı şəxslərin atəşinə cavab verdikdən sonra hücumçular qaçmışlar. Bolqarısta əsgərləri İraqda Polşa hərbi qüvvələrinin komandanlığı altında xidmət göstərirlər. Prezident Georgi Parvanov səfəri zamanı ölkəsinin əsgələri, Birləşmiş Ştatların İraqdakı administratoru Paul Bremer və Kərbəla ətrafındakı hərbi qüvvələrin komandirlərilə görüşmüşdü. Cənab Parvanov bu gün vətəninə yola düşmüşdür. O, təyyarəsilə cümə günü maşını pusquya salınaraq öldürülən bolqar serjantının cəsədini Bolqarıstana aparmışdır. Onunla bərabər hücumların stresini keçirən 8 əsgər Bolqarıstana qaytarılmışdır.

XS
SM
MD
LG