İraqın neft naziri İbrahim Əl-Ülumun bildirdiyinə görə şənbə günü Bəsrənin kamikadze hücumu nəticəsində zərərə məruz qalan terminalında neft ixraçı əməliyyatı bərpa edilib. Bağdadda müxbirlərlə görüşən nazir deyib ki, neft qurğularının işi tam bərpa edilib, ixracat əvvəlki səviyyəsinə qaldırılıb. İraqın müharibədən sonrakı iqtisadiyyanın əsasını təşkil edən neft mədənləri ölkənin neft ixracının 85 faizini təşkil edir. Gündəlik neft ixracı 1.6 milyon barreldir.