Accessibility links

Avropa Ittifaqı Kipr Türklərinə $300 milyon verir - 2004-04-26


Avropa İttifaqı nazirləri Kipr Türklərinə yardım üçün 300 milyon dollar ayırmaq haqda razılığa gəliblər. Şənbə günü Kipr Yunanları əksər çoxluqla BMT-nin adanın birləşdirilməsi ilə bağlı planını rədd etdilər. Adanın Türkləri isə planun qəbulunu var-ürəklə təsdiqlədilər. Lakin planın həyata keçirilməsi üçün onun hər iki tərəfdən qəbul edilməsi tələb olunurdu. Bir az əvvəl Kipr Yunanlarının Prezidenti Tassos Papadopulos söyləyib ki, onun hökuməti Avropa İttifaqı imtiyazlarının bir çoxunun Kipr Türklərinə də şamil edilməsini istəyir. Bu gün Kiprin Türk icmasının rəsmisi Avropa İttifaqını ta ada birləşənədək Kiprin birliyə üzvlüyünü dayandırmağa səsləmişdir.

XS
SM
MD
LG