Moskva məhkəməsi iki il əvvəl MakDonalds restoranına qarşı hücumda günahlandırılan 4 şəxsi 15 ildən 22 ilədək həbs cəzasına məhkum edib. Prokurorların bildirdiyinə görə hücum çeçen separatistlərinin planlaşdırdığı silsilə hücumlara daxil idi. Hücumun məsuliyyətini daşıyan digər bir şəxs isə psixiatrik müalicəyə göndərilmişir. Xatırladaq ki, hücum nəticəsində 1 adam həlak olmuş, bir neçə insan yaralanmışdı.