Liviya lideri Müəmmar Qəzzafi son 15 il ərzində ilk dəfə Avropaya səfər edib. Bu gün Brüsselə yola düşən Liviya prezidentinin Avropa Komissiyasının prezidenti Romano Prodi də daxil edilməklə, Avropa Birliyinin rəsmi nümayəndələri ilə görüşlər keçirəcək. Liderlərin əllərini sıxdıqları vaxt şəxsi mühafizlər onlara yaxınlaşan bir nəfəri saxlamışlar. Rəsmi nümayəndələr sonradan bunun Liviya liderinə dəstək məqsədi ilə edildiyini bildirmişlər. Liviya liderinin Avropa səfəri son zamanlar qərb hökumətləri ilə yaxınlaşmasına işarədir.