Xəbərlərdə Birləşmiş Ştatların rəsmi nümayəndələrinın Şimali Koreya cəbbəxanalarında 8 nüvə silahının saxlandığını təxmin etdikləri bildirilir. Vaşinqton Post qəzetinin yazdığına görə bu təxminlər son kəşfiyyat məlumatlarına əsaslanır. Bundan əvvəl də Birləşmiş Ştatlar Pxenyanın iki qurğuya kifayət edəcək qədər nüvə materialına malik olduğunu ehtimal edirdi. Amerika rəsmilərinə istinad edən qəzet yazır ki, son dəlillər Birləşmiş Ştatların bir neçə ay əvvəl Şimali Koreyanın nüvə obyektlərində olan nümayəndə heyətinin təhlillərini də özündə cəmləşdirir. Bu gün Ağ Evin nümayəndəsi isə müxbirlərə Şimali Koreyanın nüvə qabiliyyətinə dair heç bir yeni məlumatdan xəbəri olmadığını bildirmişdi.