Accessibility links

Pentaqon: koalisiya qüvvələrinə qarşı hücumların arxasında Səddamın gizli xidməti durur - 2004-04-29


ABŞ Müdafiə nazirliyinin apardığı araşdırmalarda İraqda Amerika və koalisiya güvvələrinə garşı keçirilən hücümların əsas hissəsinin Səddam Hüseynin gizli xidmət orqanlarının sabiq üzvləri tərəfindən törədildiyi göstərilir. Mətbuat kəşfiyyat sənədləri haqda məlumatı olan rəsmilərə əsasən xəbər verir ki, yolkənarı bomba partlayışları və maşinlara goyulmuş bomba hücümlarına görə İraqın M-14 Xüsusi Əməliyyatlar dəstəsinin sabiq zabitləri məsuliyyət daşıyırlar. “Nyu York Tayms” gəzetinin məlumatına görə, bu əməliyyatlar Bağdad rejiminin devrilməsindən əvvəl planlaşdırılmış və Səddamın süqutu və səhra komandirlərinin yaxalanmasına baxmayaraq, həyata keçirilməsi nəzərdə tutulmuşdur.

XS
SM
MD
LG