Accessibility links

İsrailin müdafiə naziri Ariel Şaronun planına dəstək istəyir  - 2004-05-01


İsrailin müdafiə naziri Şaul Mofaz aparıcı partiya olan Likudun üzvlərini baş nazir Ariel Şaron tərəfindən İsrail ordusunun Gəzza zolağından və İordan çayının Qərb sahilinin bəzi məntəqələrindən çıxarılması təklifi ilə razılaşmağa çağırmışdır. Partiyanın plan üzərində keçirdiyi səsvermədən bir gün əvvəl cənab Mofaz demişdir ki, hazırlanmış layihə İsrail üçün xeyirlidir və onun qəbul olunmaması ölkənin Birləşmiş Ştatlarla münasibətlərinə mənfi təsir göstərə bilər. Prezident Buşun son bəyanatı Ərəb ölkələrinin narazılığına səbəb olmuşdur. Səsvermədən əvvəl aparılan rəy sorğuları göstərir ki, Likud partiyasının loyal hissəsi plana garşı çıxış edəcək. Lakin Şaron bu tədbirlər planını öz kabineti, parlament, yaxud ümummilli referendum vasitəsilə də həyata keçirə bilər.

XS
SM
MD
LG