Falluca şəhərini mühasirəyə almış Amerika dəniz piyada qüvvələrinin komandirinin dediyinə görə şəhərə gətirilən yeni İraqlı qüvvələr Birləşmiş Ştatlara qarşı döyüşlər aparan qiyamçıları öldürməyə və ya əsir götürməyə çalışacaq. General Ceymz Konveyın məlumatına görə yeni qüvvələri təşkil edən 1100 nəfərlik İraqlı kontingentin əsgərləri Səddam Hüseynin ordusunda xidmət etmiş adamlardan ibarətdir. Onun dediyinə görə hətta ola bilər ki, onlardan bəziləri Fallcua şəhərində Amerika qüvvələrinə qarşı vuruşmuşlar. Amma General Konvey deyir ki, İraqlı general Yasim Mohamed Saleh qiyamçıların qarşısın almağı öz zabitlərinə başa salıb. İraqın başqa yerlərində isə baş vermiş hücumlar nəticəsində 2 Amerika əsgəri və 2 dənizçi öldürülmüşdür.