Accessibility links

Mayın 12-də Strasburqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək - 2004-05-04


Mayın 12-də Strasburqda Azərbaycan və Ermənistan xarici islər nazirləri göpüşəcək. Görüşə ATET-in Minsk Qrupunun həmsədrləri də qatılacaq. Azərbaycan NATO-ya inteqrasiyasını davam etdirəcək. Türkiyə, Böyük Britaniya, ABŞ, Almaniya və digər NATO ölkələrinin Bakıdakı səfirliklərinin təmsilçiləri Azərbaycanın bu istəyini dəstəklədiyini bəyan edib. Xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ-Azərbaycan siyasi-hərbi danışıqlarının nəticələrindən razıdır. Danışıqlar bu il aprelin 30-da Vaşinqtonda aparılıb. Müzakirələr terrorçuluqla mübarizə, NATO ilə fərdi əməkdaşlıq, təhlükəsizlik və regional təhlukəsizlik sahəsində əməkdaşlıq məsələlərini əhatə edib. Müxalifət liderlərinin məhkəməsi mayin 7-də Ağır Cinayətlərə dair məhkəmənin 40 nəfərlik zalında başlayacaq. Bu isə vəkilləri qane etmir. Azərbaycan Milli Istiqlal partiyası qərargah tələbi ilə Iqtisadi Inkişaf nazirliyi qarşısında piket keçirib.

XS
SM
MD
LG