Prezident Buş Amerikalı əsgərlərin İraqlı əsirləri təhqir etməsi ilə bağlı tənqid atəşi ilə üzləşən Birləşmiş Ştatlar müdafiə naziri Donald Ramsfeldə tam dəstək vermişdir. Bu gün Müdafiə Nazirliyinin baş qərargahında çıxış edən Prezident cənab Ramsfeldə terrorizmə qarşı müharibədə millətə cəsarətlə rəhbərlik etdiyinə və öz işinin öhdəsindən əla gəldiyinə görə təşəkkür etmişdir. Cənab Buş bu qeydləri İraq və terrorizmə qarşı müharibə ilə bağlı brifinqi dinlədikdən sonra etmişdir. Bir neçə aparıcı Demokrat Əbu Ğrayb həbsxanasından qaynağlanan skandala görə cənab Ramsfeldi istefa verməyə çağırmışlar. Həmçinin bu gün, aparıcı hərbi qəzet olan Ordu, Donanma və Hava Qüvvələri Taymzın baş məqaləsi müdafiə nazirinin işdən çıxarılmasına səsləmişdir.