Accessibility links

Əfqanıstandakı ABŞ hərbiçilərinin zorakılıqları barədə təhqiqata başlanıb - 2004-05-12


Amerikanın Kabildəki səfirliyinin bildirdiyinə görə, Əfqanıstanın keçmiş polis zabitinin keçən il Amerika hərbiçiləri tərəfindən təhqirlərə məruz qalması barədə təhqiqatlara başlanmışdır. Məlumatda deyilir ki, səfir Zalmay Xəlilzad bildirib ki, Birləşmiş Ştatlar rəsmiləri bu barədə məlumat alan kimi dərhal təhqiqatlar aparmaq barədə göstəriş vermişlər. Nyu York Tayms qəzetinin yazdığına görə həmin şəxs keçən ilin avqust ayının 23-də Birləşmiş Ştatların hərbiçiləri tərəfindən tutulmuş, dəfələrlə döyülmüş, ələ salınmiş və soyundurularaq lüt şəkilləri çəkilmişdir. Xəbərlərdə eləcə də bildirilir ki, bu ittihamlar müstəqil mənbələr tərəfindən təsdiq olunmamışdır.

XS
SM
MD
LG