Accessibility links

Ramsfeld İraqdadır - 2004-05-13


Donald Rumsfeldi Silahlı qüvvələrin Birləşmiş Qərargahlar rəisi general Richard Mayers və ABŞ hərbi qüvvələrinin zabitləri müşayiət ediblər. Müdaifə naziri Bağdada çatdıqdan sonra Əbu Qureyb həbsxanasına gedib. Cənab Rumsfeld deyib ki, o, məhbuslara qarşı zorakılıq işlədilməsi məsələsini saxlanma obyektində gündəlik əməliyyatlara görə məsuliyyət daşıyan rəsmi şəxslərlə müzakirə etmək istəyir. O həmçinin bildirib ki, məhbuslarla düzgün rəftar olunduğu, əsgərlərin öz vəzifələrini ləyaqətlə yerinə yetirdiyi və komandanlıq sisteminin normal fəaliyyət göstərdiyinə əmin olmaq istəyir. Donald Ramsfeld İraqa səfəri zamanı Birləşmiş Ştatların hərbi qüvvələrinə vəzifələrini şərəflə yerinə yetirdiyinə görə təşəkkürünü bildirəcəyini də bəyan edib. Cənab Rumsfeldin İraqa səfəri Birləşmiş Ştatların hərbi qüvvələrilə radikal şiə ruhanisi Müqtəda Əl-Sədrə sadiq qüvvələr arasında müqəddəs Kərbəla və Nəcəf şəhərlərində döyüşlərin getdiyi vaxta təsadüf edir. Çərşənbə günü 31 yaşlı ruhani Əl-Sədr Mehdi ordusunun döyüşçülərini Birləşmiş Ştatların hərbi qüvvələrinə müqavimət göstərməyə çağırımışdır.

XS
SM
MD
LG